AZ

ABŞ Nümayəndələr Palatası Gürcüstan əleyhinə qanun layihəsini dəstəklədi

TBİLİSİ, 6 may. TELEQRAF

ABŞ Nümayəndələr Palatası Gürcüstan əleyhinə qanun layihəsinə dəstək ifadə edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 349 konqresmen “Megobari Act” adlandırılan sənədin lehinə səs verib, onlardan 168-i respublikaçı, 181-i isə demokratdır.

Qanun layihəsinin əleyhinə isə 42 konqresmen səs verib, daha 42 nəfər isə səsvermədə iştirak etməyib.

Akt Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.

Seçilən
0
teleqraf.com

1Mənbələr