Son zamanlarda kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.
Bizim.Media xəbər verir ki, mözvuya informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev münasibət bildirib.
Onun sözlərinə görə, kiberdələduzlar artıq çox asanlıqla istənilən saytın klonunu yaratmaqla bu əməli həyata keçirirlər.
Ekspert bu kələyin qurbanı olmamaq üçün şirnikləşdirici təkliflərə aldanmamağı tövsiyyə edib.
Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edib.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta