25 iyun 2025-ci il saat 11.00-da “Bakqazmaş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. 2024-cü ilin maliyyə fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.
2. Digər məsələlər.
Bütün səhmdarların iştirakı vacibdir.
Ünvan-Bakı şəhəri, Albalılıq qəsəbəsi.
Xatırladaq ki, “Bakqazmaş” ASC 16 noyabr 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 284 420 manatdır.
Qanuni təmsilçisi Ağa Kərim Dardail oğludur.