AZ

Qəzada yaralanan sürücü xəstəxanada VƏFAT ETDİ – FOTO

Oğuzun Bayan kəndində üç gün əvvəl baş verən qəzada sürücü ağır yaralanmış, sərnişini isə hadisə yerində ölmüşdü. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Qeyd olunur ki, Oğuz-Bayan yolunda may  ayının 3-də “Toyota” markalı avtomobilin ağaca çırpılması nəticəsində 25 yaşlı Ürfan Məcidov hadisə yerində ölmüş, sürücü 29 yaşlı Kənan Əzizov əvvəlcə Oğuz Rayon Xəstəxanasına, daha sonra isə  Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.

Bütün tibbi müdaxiləyə, həkimlərin səyinə baxmayaraq o, vəfat edib. 

Faktla bağlı Oğuz rayon polis şöbəsində araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Seçilən
0
3
bizim.media

3Mənbələr