"Çelsi"nin futbolçusu Joao Feliks karyerasını Braziliyada davam etdirə bilər.
Bizim.Media "Sky Sport"a istinadən xəbər verir ki, "Flamenqo" 25 yaşlı hücumçuya görə London klubu ilə danışıqlar aparır.
Rio-de-Janeyro təmsilçisi hazırda icarə əsasında "Milan"da çıxış edən portuqaliyalı futbolçunu sonradan birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyir. .
Qeyd edək ki, Feliks bu mövsüm 36 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta