BAKI, 6 may. TELEQRAF
İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ölənlərin sayı 63-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, anklavın bir sıra əraziləri, o cümlədən Nuseyrat və Əş-Şücaydakı qaçqın düşərgələri, eləcə də cənubda yerləşən Xan Yunis və Rəfah şəhərləri irimiqyaslı bombardmanlara, artilleriya atəşinə məruz qalıb.