Rusiyanın paytaxtı Moskvada 7-9 may tarixlərində internetə giriş məhdudlaşdırıla bilər.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bununla bağlı sakinlərə müxtəlif mesajların göndərildiyi bildirilir.
Məlumata görə, bu gün Rusiyada bir sıra operatorların mobil rabitəsi və internetinin işində nasazlıq yaranıb.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Moskvada keçiriləcək parad zamanı hücum edilə biləcəyinə dair açıqlamalar səsləndirib. Həmin vaxt 10-dan çox ölkənin liderinin Moskvada olacağı və Kremlin onların təhlükəsizliyinə zəmanət verməyəcəyini söyləyib. Ehtimal hava hücumları səbəbindən təhlükəsizlik tədbirlərinin artırılacağı deyilir.