BAKI, 6 may. TELEQRAF
Amerikalı alimləri şəhər siçovullarının potensial ölümcül xəstəlik olan leptospiroz bakteriyasını aktiv şəkildə yaydığını aşkar ediblər.
Teleqraf xəbər verir ki, tədqiqat “PLOS Neglected Tropical Diseases” elmi jurnalında dərc olunub.
Məlumata görə, böyük şəhərlərdə bakteriya gəmiricilərin sidiyi ilə ötürülür.
Bostonun 17 yerindən 328 siçovul böyrəyini analiz edərkən, gəmiricilərin 18 faizində infeksiya aşkar edilib.
Leptospiroz bakteriyası orqan çatışmazlığına da səbəb olur. Risk qruplarına siçovul dəlikləri ilə təmasda olan evsiz insanlar daxildir.