AZ

İspaniyada elektrik enerjisinin kəsintisi Fransanın nüvə reaktorunun dayanmasına səbəb olub

Aprelin 28-də İspaniyanın elektrik şəbəkəsində baş vermiş böyük qəzaya görə Fransanın bir sıra elektrik stansiyaları, o cümlədən ölkənin cənub-qərbindəki “Qolfeş” Atom Elektrik Stansiyasının reaktoru elektrik enerjisinin istehsalını müvəqqəti dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Fransanın RTE elektrik şəbəkəsinin operatoru məlumat yayıb.

Qeyd edilir ki, Fransada işığın kəsilməsinin bir sıra konkret, lakin mülayim nəticələri olub: ölkənin cənub-qərbində bəzi generasiya stansiyalarının (o cümlədən, “Qolfeş” AES-in reaktorunun) avtomatik dayandırılması, RTE şəbəkəsinə qoşulmuş bəzi sənaye istehlakçılarının və paylayıcı şəbəkəyə qoşulmuş yerli istehlakçıların fəaliyyətinin dayandırılması və s.

Aprelin 28-i günortadan sonra İspaniyada elektrik enerjisinin verilişində kütləvi fasilələr qeydə alınıb ki, bu da ölkə tarixində ən böyük energetika hadisəsidir. İşıqforlar fəaliyyətini dayandırıb, sərnişinlər qatarlarda qalıb, ictimai nəqliyyatın və xəstəxanaların fəaliyyəti dayandırılıb. Mobil rabitə və internet də işləməyib. İndi vəziyyət normallaşıb.

İşığın kəsilməsi Portuqaliyaya da təsir edib.

Seçilən
0
6
report.az

9Mənbələr