AZ

98 yaşlı qadın kəndi gözəlləşdirir...

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çexiyanın Louka kəndində yaşayan 98 yaşlı Aqnes Kasparkova insanın yaşından asılı olmayaraq özünü və ətrafını dəyişdirə biləcəyinin ən böyük sübutudur. Yaşadığı evlə başlayan sənətini məhəllədə, sonra bütün kənddə davam etdirdi və indi dünya bu qadını tanıyır.  

Sherg.az “Milliyet.com.tr”yə istinadən 98 yaşlı qadının həyat hekayəsini təqdim edir. Aqnes Kasparkova Çexiyanın Louka kəndində yaşayır. Ömrü boyu bu kəndi tərk etməyən Kasparkova 60 yaşına kimi əkinçiliklə məşğul olub, yaşadığı, doğulub boya-başa çatdığı torpaqları bacardığı qədər əkib-becərib. 38 il əvvəl təqaüdə çıxan Kasparkova üçün o gündən yeni səhifə açılıb. O, həyatı boyu rəsm çəkməyi sevib və rəngləri əldə etmək həmişə ona müyəssər olub. Təqaüdə çıxdıqdan sonra  gənc yaşlarından ən böyük arzusu olan yaşadığı evlərin divarlarını rəngləmək işinə başlayıb. Bu işdə ona evlərin divarlarını rəngləmək işini bilən Manakova kömək edib, qadının əlindən tutub evlərin divarlarını rəngləməyə başlayıb. Evlərin içini və divarları naxış və rənglərlə rəngləmək Louka kəndində ilk deyildi. Çexiyanın başqa bir kəndində, Zalipie, bu, əslində çoxəsrlik ənənə idi. Zalipie qadınları evlərini tək bir rənglə deyil, canlı çiçək naxışları ilə boyadılar. Bu naxışlar xarici divarları, qapıları, pəncərələri və hətta damları bəzəyirdi. Ona görə də bu, nə Aqnes Kasparkova, nə də Manakova üçün bir ilk deyildi, əslində, mövcud ənənənin davamı idi. Deyilənlərə görə, illər əvvəl evlərində yandırdıqları sobanın tüstüsü tavanlarda kiçik deşiklər əmələ gətirəndə qadınlar çarə tapmaq istəyiblər. Tavan və divarlardakı kiçik his ləkələrini örtmək üçün ağartmağa çalışdılar, amma alınmadı. Beləliklə, onlar divarlara müxtəlif rəngli çiçək rəsmləri çəkməyə başlayıblar. Zalipiedə doğulan və ətraf kəndlərdən biri olan Loukaya çatan bu ənənəyə başlayan Zalipi qadınlar, ilkin olaraq, bəslədikləri inəklərin quyruq tüklərindən fırçalar düzəldib, bişirdikləri küftələrin qalan piyini rənglərlə birləşdirərək boya ediblər. Təsərrüfatdan qalan vaxtda qadınlar ildə bir dəfə "Corpus Christi" bayramında evlərindəki gülləri yenidən rəngləməklə məşğul olublar. Divarda sobadan qalan hisin örtməklə başlayan bu ənənə Aqnes Kasparkovanın barmaqlarında yeni həyat tapıb. Manakovanın ölümündən sonra o, bu ənənəni Loukada davam etdirmək istəyib. Kasparkova 38 il əvvəl yaşadığı evlərin daxili və çöl divarlarını rəngləməyə başlayıb. O, evi çiçəklərlə bəzəməzdən əvvəl heç nə planlaşdırmırdı, ancaq fırçanı əlinə alandan sonra motivlərin necə maket təşkil edəcəyinə qərar verdi. Aqnes Kasparkovanın sənətinin ən diqqətçəkən cəhətlərindən biri Louka Moraviya evlərinin ağ divarları ilə möhtəşəm kontrast yaradan ultramarin mavi boyasıdır. O, ən azı iki il davam edəcəyinə zəmanət verdiyi bahalı və keyfiyyətli boyalardan istifadə edir. 98 yaşı olan Aqnes yaşına baxmayaraq, bəzən rəsm çəkməkdə çətinlik çəksə də, heç vaxt təslim olmur. Xüsusilə qışda çətin anlar yaşayır, amma hər il may ayının gəlişi ilə kənd kilsəsinin təzəcə ağardılmış divarlarını bəzəmək üçün qollarını çırmalayır. O, bu kilsədə hər şeyi çiçəklərlə bəzəməyə başlayır və sonra yaşadığı evlərə gedir. 98 yaşında olan bütün fiziki çətinliklərə baxmayaraq, pilləkənləri qalxır və saatlarla tərpənmədən rəsm çəkməyə davam edir, çünki Aqnes Kasparkova motivasiyasını dediyi cümlədən alır: "Mən sadəcə sevdiyim işlə məşğulam. Dünyanı bir az bəzəməyə, rəng qatmağa çalışıram".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr