AZ

UEFA Çempionlar Liqasının yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldular

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Milli.Az xəbər verir ki, "İnter" (İtaliya) - "Barselona" (İspaniya) görüşü polşalı Simon Marçinyaka həvalə edilib.

PSJ (Fransa) - "Arsenal" (İngiltərə) qarşılaşmasına isə almaniyalı Feliks Zvayer təyinat alıb.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi

Cavab oyunları

Saat 23:00, "İnter" (İtaliya) - "Barselona" (İspaniya).

Hakimlər: Simon Marçinyak, Tomas Listkeviç, Adam Kupsik, Pavel Raçkovski (Polşa).

VAR: Dennis Hiqler (Niderland).

AVAR: Pol van Bokel (Niderland).

İlk oyun - 3:3.

Saat 23:00, PSJ (Fransa) - "Arsenal" (İngiltərə).

Hakimlər: Feliks Zvayer, Robert Kampter, Kristian Diç, Harm Osmers (Almaniya).

VAR: Bastian Dankert (Almaniya).

AVAR: Benjamin Brand (Almaniya).

İlk oyun - 1:0.

Milli.Az

Seçilən
0
2
milli.az

10Mənbələr