“Avropa İttifaqı iyun ayında Rusiya qazının idxalını 2027-ci ilə qədər qadağan etmək üçün tədbirlər təklif etməyi planlaşdırır”.
Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, qadağa Rusiya ilə yeni müqavilələr və mövcud spot müqavilələr çərçivəsində bütün qaz idxalına təsir edəcək. Mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası mayın 6-da Strasburqda Rusiya qazının boru kəmərləri vasitəsilə və uzunmüddətli müqavilələr çərçivəsində MTQ (mayeləşdirilmiş təbii qaz) şəklində idxalına qadağa qoyulmasını təklif edən planlarını təqdim etməyə hazırlaşır. \\Yeniavaz.com