AZ

Prezident Ərdoğan Trampı Türkiyəyə dəvət edib

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Ərdoğan Trampı Türkiyəyə də dəvət edib. Tramp görüşə münasibət bildirərək, “Dörd il prezident olduğum müddətdə (2016-2020) prezident Ərdoğanla münasibətim əla idi.

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Görüş zamanı prezident Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.

Prezident Ərdoğan ABŞ prezidenti Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri təqdir etdiyini bildirib.

Prezident Ərdoğan görüşdə Qəzzada humanitar böhranın ciddi ölçülərə çatdığını, humanitar yardımların fasiləsiz olaraq Qəzzəyə çatdırılmasının və bu faciəvi humanitar dramın sona çatdırılmasının vacibliyini, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün əməkdaşlığa və hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.

Seçilən
0
36
kommersant.az

10Mənbələr