AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, “Şirvan” “Marafon”a, “Göyəzən” isə “Rekord”a qalib gəlib.
“Xankəndi” və “Ağstafa Gəncləri” də ilk oyunları qələbə ilə başa vurub.
Şirvan FK – Marafon İK 5:2
Göyəzən PFK – Record Club 4:2
Çinar Zəngilan FK – Xankəndi FK 0:2
Ağstafa Gəncləri – Naftalan FK 1:0