16 yaşadək futbolçulardan ibarət millimiz bu gün təlim-məşq toplanışına başlayıb.
U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Mayın 11-dək toplanış keçəcək komanda 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandasıyla qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16.00-da başlaması planlaşdırılır.
Millinin təlim-məşq toplanışı üçün heyəti: Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Arda Əzizli, Murad İsmayılov, Cavidan Əlizadə, Tunar Əsgərzadə (hamısı “Qarabağ”), Ülvi Abbaslı, Mirzə Məmmədli, Ömər Kosayev (hamısı “Sumqayıt”), Kamal Camalzadə, Ruslan Quliyev, Şikar Şikar (hamısı “Neftçi”), Mehdi İsmayılov, Tunar Bayramov, Nicat Rəhimli (hamısı “Qəbələ”), Ramil Hacıyev, Cəfər Balakişiyev (hər ikisi “Zirə”), Yusif Orucəliyev (EFA), Raul Hüseynov (Vətən), Furqan Musayev (“Beşiktaş”, Türkiyə).
Qeyd edək ki, “Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta