AZ

“TikTok”da “Azərbaycan müəllimləri” adlı milli müsabiqəyə başlanılır

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Müsabiqədə məktəb, universitet, eyni zamanda, orta ixtisas təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər

“TikTok” sosial media platforması Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan müəllimləri” adlı milli müsabiqəyə başlayır. İlk dəfə keçirilən müsabiqədə məktəb, universitet, eyni zamanda, orta ixtisas təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər. Nazirlikdən AYNA.AZ-a bildirilib ki, müsabiqə iyunun 5-dək davam edəcək.

Müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayaraq qeyd edilən tarixlərdə TikTok-da paylaşmalıdırlar. Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir. Sonda maarifləndirici videoları ən çox baxış sayı toplayan üç qalib müəyyən edilərək “iPhone” 16 Pro smartfonu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan yaratmış olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
icma.az

5Mənbələr