Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Elmi-fantastik filmləri xatırladan bir təşəbbüslə Nyu-York şəhəri metro platformalarında potensial cinayətləri süni intellekt vasitəsilə baş vermədən əvvəl müəyyən etməyə hazırlaşır. Əgər bu sistem uğur qazanarsa, şəhər miqyasında daha geniş tətbiqlərə keçid gündəmə gələ bilər.
Valyuta.az xəbər verir ki, ABŞ-da xüsusilə böyük şəhərlərdə cinayət səviyyəsinin artdığı sosial media paylaşımlarında da açıq şəkildə müşahidə olunur. Metro stansiyalarında baş verən zorakılıq halları sakinlər tərəfindən anlıq videolarla qeydə alınaraq demək olar ki, gündəlik bir norma halını alıb.
Artan təhlükəsizlik təhdidlərinə cavab olaraq, Nyu-York şəhəri qabaqlayıcı texnologiya addımı ilə diqqət çəkir: Cinayət törədilmədən əvvəl şübhəli davranışları müəyyən etməyi hədəfləyən, süni intellektlə dəstəklənən metro müşahidə sistemlərinin sınağına başlanılıb.
İlk baxışda “Azlıq hesabatı” (Minority Report) filmini xatırladan bu layihə Nyu-Yorkun Nəqliyyat İdarəsi (MTA) tərəfindən həyata keçirilir. Məqsəd, metrolarda hələ cinayət baş verməmişdən əvvəl təhlükəli və ya aqressiv davranışları süni intellektin analiz etməsidir. Sistem üz tanıma texnologiyası istifadə etmir; onun yerinə bədən hərəkətləri, tarazsız davranışlar, narahatlıq əlamətləri kimi fiziki göstəricilər əsasında risk dəyərləndirməsi aparılır.
Əgər sistem potensial təhlükə müəyyən edərsə, aidiyyəti şəxsə əvvəlcədən müdaxilə məqsədilə platformaya təhlükəsizlik əməkdaşı yönləndirilə bilər. Bu metodun əsas məqsədi birbaşa müdaxilə deyil, çəkindirmə təsiridir. Beləliklə, zorakılıq və ya hücum ehtimalı daşıyan hadisənin qarşısı başlanğıc mərhələsində alına bilər.
Bu texnologiya uğurla tətbiq olunarsa, yalnız metro stansiyaları ilə məhdudlaşmaya bilər. Mütəxəssislər bu cür süni intellekt alqoritmlərinin şəhər miqyasında müşahidə kameralarına inteqrasiya edilə biləcəyini, hətta fərdi xəbərdarlıq göndərəcək səviyyəyə çata biləcəyini bildirirlər.
Məsələn, davranış analizlərinə əsasən bir şəxsə belə bir mesaj göndərilə bilər: “Bu səhərki davranışlarınız narahat bir ruh halında olduğunuzu göstərir. İctimai nəqliyyatda aqressiv hərəkətlər etmə ehtimalınıza qarşı nəzarətə alınmısınız. Zəhmət olmasa ətrafınızdakı insanlara qarşı sakit və hörmətli olun”.
Bu kimi ssenarilər süni intellektin etik sərhədləri, məxfilik hüquqları və fərdi azadlıqlarla toqquşma ehtimalını bir daha gündəmə gətirir.
Nyu-Yorkun bu süni intellekt təşəbbüsü cinayətlə mübarizədə yeni bir dövrün başlanğıcı ola bilər. Lakin texnologiya inkişaf etdikcə aşağıdakı suallar da qaçılmaz olur: Süni intellekt insanların psixoloji vəziyyətini analiz edib onların davranışlarını əvvəlcədən təxmin edə bilərmi? Bu məlumatlar təhlükəsiz şəkildə kimlərin nəzarətində saxlanacaq? Və ən əsası, cinayət hələ baş verməmişkən bir fərdin izlənməsi azadlıq sərhədlərini harada pozur?
Aydındır ki, süni intellektlə idarə olunan şəhər həyatında yalnız təhlükəsizlik deyil, azadlıq və məxfilik balansı da yenidən müəyyən olunmalı olacaq.
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.