AZ

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində - Foto/Video

Azərbaycanda rəsmi səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Hissədə şəxsi heyət üçün yaradılmış iş şəraiti və “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinə həsr olunmuş sərgi barədə qonağa məlumat verib.

Sonra Baş nazir A.Turçinə yeni alınmış xüsusi texnikalar təqdim olunub.

Seçilən
0
8
publika.az

10Mənbələr