AZ

Əhaliyə sabahla bağlı XƏBƏRDARLIQ - O qədər güclü olacaq ki...

6 və 7 may tarixlərində Yer kürəsində güclü geomaqnit aktivlik müşahidə olunacaq.

Ekologiya.az xəbər verir ki, mayın 6-da G2 səviyyəsində maqnit qasırğası (K-indeksi 6) qeydə alınacaq. Bu qasırğa meteohəssas insanlar üçün narahatlıq, texnoloji sistemlərdə isə qismən nasazlıqlar yarada bilər.

Mayın 7-də isə maqnit qasırğasının gücü daha da artacaq və pik saatlarda G3 səviyyəsinə (K-indeksi 7-8) çatacağı gözlənilir. Belə hava şəraitində bəzi peyk sistemlərində və rabitə vasitələrində fasilələr mümkündür.

Meteohəssas insanlara bu günlərdə istirahət rejiminə riayət etmək, emosional və fiziki yüklənmədən uzaq durmaq tövsiyə olunur.

Musavat.com

Seçilən
0
1
ekologiya.az

2Mənbələr