ain.az bildirir, Avtosfer portalına istinadən.
Son günlərdə paytaxt Bakıda müşahidə olunan güclü külək Nizami və Nəsimi rayonlarında bir sıra fəsadlara səbəb olub. Sakinlərin verdiyi məlumata görə, rayonun bir neçə küçəsində ağacların güclü küləyin təsirindən əyilməsi halları müşahidə edilib.
Avtosfer.xəbər verir ki, bəzi hallarda ağaclar yola doğru əyilərək piyadalar və avtomobillər üçün təhlükə yaradıb. Xüsusilə sıx hərəkətli küçələrdə bu vəziyyət narahatlıq doğurur.
Məsələ ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyindən sorğumuza cavab olaraq bildirib ki, qəzalı, qurumuş, xəstəliklərlə yoluxmuş yaşıllıqların götürülməsi ilə bağlı torpaq mülkiyyətçiləri (bələdiyyə, yerli və mərkəzi icra hakimiyyəti orqanları) tərəfindən rəy alınması üçün Agentliyə müraciət olunmalıdır. Bunun əsasında Agentlik ekspertləri tərəfindən sözügedən ağac və kollara baxış keçirilir, müvafiq rəyin verilməsi məsələsinə baxılır.
Şəhər təsərrüfatı üzrə müvafiq xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Vətəndaşlara ərazilərdə ehtiyatlı olmaları tövsiyə olunur. Eyni zamanda, belə hallarla rastlaşan sakinlərdən Fövqəladə Hallar NAzirliyinin “112” qaynar xəttinə məlumat vermələri xahiş olunur.
Fidan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.