İnfluenser Nagehan Abdullayeva Fərid Abdullayevlə boşandıqlarını açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” verilişində açıqlama verib.
“Biz Fəridlə birlikdə deyilik. Rəsmi boşanmışıq. Dost kimi yollarımızı ayırmışıq. Biz yaxşı dostuq, nəticədə 9 il evli qalmışıq. İki uşağımız var. Ayrıldıq, məhkəmənin qərarı ilə aliment ödəyir. Altı aydır bu proses davam edirdi. O, Kiprdə yaşayırdı, mən uşaqlarla İstanbulda. İndi Marmarisdə yaşayır, nə işlə məşğul olduğunu bilmirəm. Çox yaxşı insandır, yenidən evlənsin, xoşbəxt olsun. İnsanlar dost kimi yaxşı ola bilərlər, ailə həyatında eyni olmur. Uşaqlara görə evliliyi davam etdirmək olmaz, evdəki gərginlik uşaqlara da pis təsir edir”, – deyə, Nagehan bildirib. (Olay)