AZ

Sakinlər şikayət etdi - Avtobusun əvəzinə "Qazel" verdilər - AÇIQLAMA/FOTO

Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığından narazıdır. Gündəlik istifadəçilər bildirirlər ki, pik saatlarda avtobuslara minmək mümkünsüzdür, nəqliyyat vasitələrinin sayı və növü tələbatı ödəmir.

Sakinlər sayta açıqlamasında qeyd edirlər ki, avtobus "Qazel" marakalı daha kiçik həcmli avtomobillə əvəz edilib.  

Əhali bu avtobusun daha böyük versiyasını gözləyərkən qarşılaşdıqları mənzərə onları təəccübləndirib. 

Məsələ ilə bağlı AYNA-dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə 158 nömrəli marşrut xətti üzrə müsabiqə keçirilib və mayın 1-dən yeni daşıyıcı müasir və komfortlu avtobuslarla sərnişinlərə xidmət göstərir. 

Xocəsən qəsəbəsini "Memar Əcəmi" metrostansiyası ilə əlaqələndirən marşrut xətti üzrə gündəlik 8 avtobus 10 deqiqə intervalla fəaliyyət göstərir.

AYNA tərəfindən təhlillər aparılacaq və sərnişin tələbatı yaranacağı təqdirdə, daşıyıcıya xəttə əlavə avtobusların cəlb edilməsi tapşırılacaq.

Seçilən
0
7
ekologiya.az

8Mənbələr