AZ

Çalışmalıyıq ki, imtahanlar insanları məktəblərdən uzaqlaşdırmasın Komitə sədri

ain.az, Modern.az portalına istinadən məlumat verir.

VI çağırışda büdcə məsələləri müzakirə olunanda məsələ qoyuldu ki, musiqi məktəblərinin bir çoxu bağlanmalıdır. Düşündük ki, bir-birinə yaxın olan məktəblərin olmasına nə dərəcədə ehtiyac var.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan bir çox ölkələrdən fərqli olaraq hər ailə musiqi alətlərini öyrənməyə maraqlı idi:

"Bayramlarda görürdük ki, 10 ailədə 10 nəfər musiqi alətlərində istifadə edə bilirdi. Mən heç bir ölkədə belə bir şey görməmişəm və bu bizim üstünlüyümüz idi.

Çalışmalıyıq ki, bu islahatlar, imtahanlar insanları musiqi məktəbindən uzaqlaşdırmasın. 

Zaman dəyişir, biz tamamilə fərqli ölkədə yaşayırıq. Hər sahədə islahatlar kimi burada islahatlara getməliyik.

Mən əminəm ki, işdən uzaqlaşdırılanlar bizə müraciət edəcəklər və deyəcəklər ki , bizim haqqımızı tabdalayırsınız".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr