Şəkidə yol qəzası olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəki rayonunun Oraban kəndindən baş verib.
1994-cü il təvəllüdlü Şəki rayon sakini Nicat Hacıhüseynovun idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü N. Hacıhüseynov və avtomobildə olan sərnişin 1999-cu il təvəlllüdlü Şəki rayon sakini Pərvanə Güləhmədova xəsarət alıblar.
Onlar Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


