Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 5-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən news365.az-a bildirilib ki, səfər çərçivəsində Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.