AZ

AFFA Təbrizin "Traktor" komandasını təbrik edib - FOTO

AFFA İran Pro-liqasında ilk dəfə çempion olan Təbrizin "Traktor" komandasını təbrik edib.

Adalet.az xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Qeyd edək ki, "Traktor" qızıl medalları XXVIII turda “Şəms Azər” komandasına 4:0 hesabı ilə qalib gələrək rəsmiləşdiriblər.

28 turdan sonra xallarının sayını 64-ə çatdıran "qızıl qurdlar"ın sona 2 tur qalmış çempion olacağı dəqiqləşib.

Seçilən
0
3
adalet.az

4Mənbələr