AZ

Uşağı yuxudan oyatdı, işgəncə verdi –ağlasığmaz cinayəti törədən ögey ata hakim qarşısında

Xəzər rayonu, Türkan qəsəbəsində ögey övladına xüsusi amansızlıqla əzab verməkdə ittiham olunan Rəşad İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılır. Bu gün, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə proses davam etdiriləcək.

Redaktor.az xəbər verir ki, Rəşad İsmayılov azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyib. Uşaq Rəşad İsmayılovun ögey övladı olub.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Türkan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Xəzər Rayon Prokurorluğunda ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

İttihamlar təsdiqlənərsə, müttəhimi 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandıra bilər. Cəza hadisənin xüsusatlarından – cinayətin necə törədildiyindən, zərərçəkmişin vəziyyətindən, müttəhim tərəfindən peşmanlıq ifadə olunub-olunmamasından və s. amillərdən asılı olaraq dəyişə bilər (musavat.com).

Seçilən
0
3
redaktor.az

4Mənbələr