AZ

Azərbaycan Belarusun ticarət tərəfdaşları sırasında 4 pillə irəliləyib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 may, AZƏRTAC

Belarus ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələri uğurla inkişaf edir. Ötən il Belarusda keçirilən Belarus-Azərbaycan biznes-forumu artıq öz uğurlu nəticəsini göstərib.

AZƏRTAC xəbər verir ki, bu sözləri forumda çıxış edən Belarusun Ticarət Sənaye Palatasının sədri Mixail Myatlikov deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində dövlətlərimiz arasındakı ticarət dövriyyəsinin həcmi 46 faiz artıb.

“Azərbaycan Belarusa əsasən meyvə, tərəvəz, neft və neft məhsulları ixrac edir. Belarus isə Azərbaycana süd, süd məhsulları, ağac və başqa tikinti materialları ixrac edir. Ticarət əlaqələrinin inkişafının nəticəsidir ki, Azərbaycan Belarusun ticarət tərəfdaşları sırasında 11-ci pillədən 7-yə yüksəlib”, - deyə Mixail Myatlikov qeyd edib.

Palata sədri bildirib ki, bu gün keçirilən biznes-forumda Belarusdan gələn çox sayda iş adamı iştirak edir: “Forumda biznes qurumları arasında yeni əməkdaşlıq və iş adamlarının əlaqələri üçün böyük zəmin yaranacaq. Azərbaycan ilə Belarusun iqtisadi və ticarət əlaqələri həmişə qarşılıqlı etimada və xoş münasibətə dayanıb. İqtisadi əlaqələri xalqların rifahını və dövlətlərin qüdrətini artırır”, - deyə M.Myatlikov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

4Mənbələr