AZ

BSU-nun təmiri ilə bağlı tenderin müddəti 3-cü dəfə uzadıldı

Bakı Slavyan Universitetinin birinci və ikinci tədris binalarının, eləcə də yataqxanasının cari təmiri ilə bağlı elan etdiyi tenderdə növbəti dəfə dəyişiklik edilib.

Axar.az Teleqraf-a istiandən xəbər verir ki, hər üç düzəlişdə də təkliflərin təqdimedilmə tarixi uzadılıb.

İlk elanda təkliflərin təqdim olunması üçün son tarix aprelin 12-si, daha sonra mayın 5-i müəyyən edilsə də, satınalan şirkət müddəti mayın 16-na qədər uzadıb. Zərflərin elə həmin gün açılması planlaşdırılır.

Qeyd edək ki, tenderin dəyəri 1 milyon 842 min 327 manatdır. İştirak haqqı isə 600 manat təşkil edir.

Seçilən
0
2
axar.az

3Mənbələr