AZ

Əsasını Heydər Əliyev qoymuşdu, Prezidentin siyasətində də açıq görürük ki...

Olke.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda dini-mədəni irsin qorunması və bərpası istiqamətində diqqətəlayiq addımlar atılır. Son günlər Prezident İlham Əliyevin Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidinin, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması, o cümlədən Leyla Əliyeva və Arzu Əliyevanın Əshabi-Kəhf ziyarəti dövlət siyasətinin bu yöndə olan növbəti nümunəsidir. 

Mövzu ilə bağlı Ölkə.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dövlət başçısının dini abidələrin bərpasına diqqəti cəmiyyətin dinə münasibətinə çox ciddi təsir göstərir: “Ölkə rəhbərinin, onun ailəsinin, ailə üzvlərinin belə bir mövqe nümayiş etdirməsi onların bizim milli, mənəvi dəyərlərimizə nə qədər bağlı olduqlarını göstərir. Ümumiyyətlə, cənab Prezidentin siyasətində biz bunu açıq görürük. Bunun da əsasını Heydər Əliyev qoymuşdu və bu gün cənab Prezident davam etdirir. Məscidlərimiz dövlətimiz tərəfindən təmir olunur. Təkcə bir yerdə yox, Bakıda, Qarabağda bunu görürük və eyni zamanda digər ərazilərimizdə də. 

Bu, dövlətimizin milli mənəvi dəyərlərimizə bağlılığının göstəricisidir. Xalqımız tərəfindən də bu cür addımlar yüksək qiymətləndirilir. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada məscidin, kilsənin, sinaqoqun təmirini dövlət öz üzərinə götürür. Başqa ölkələrdə isə bu, belə deyil, ianələr hesabına, ayrı-ayrı vəsaitlər hesabına həyata keçirilir. 

Bizdə son illər yüzlərlə məscid tikilib, bərpa edilib. Bu da ölkə rəhbərliyinin dinimizə, milli-mənəvi dəyərlərimizə yüksək diqqətinin və qayğısının təzahürüdür.

Sovet dövründə dinə qarşı bir qadağa var idi. Bu qadağa artıq aradan qalxıb. Mən deyərdim ki, müsbətə doğru gedir. Bu gün Azərbaycanda dinə sürətli dönüş var, yanaşma var. Amma biz elə etməliyik ki, bu, kor-koranə və yanlış istiqamətdə olmasın”. 

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
icma.az

3Mənbələr