Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda FHN-in qurumları arasında keçirilən beşnövçülük və səmti müəyyənetmə üzrə idman yarışlarına yekun vurulub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirirlib ki, yarışlarda FHN-in qurumlarının ümumilikdə 17 komandasından 60-a yaxın əməkdaşın qatıldığı yarışlarda iştirakçılar güc çalışmaları, maneələr zolağının dəf edilməsi, səmti müəyyənetmə, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə əzmkar mübarizə aparıblar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimiizin əziz xatirsəi bir dəqiqiəlik sükutla yad edilib.
Mükafatlandırma mərasimində fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin müvafiq qurumlarının rəhbər şəxsləri iştirak edib.
Tədbirdə çıxış edən Etibar Mirzəyev yarışlarda əzmkarlıq göstərərək qələbə qazanmış əməkdaşları və komandaları təbrik edib, yarışın əhəmiyyətindən və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.
Yarışda komanda hesabında 1-ci yeri Mülki müdafiə qoşunlarının, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yeri isə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandaları tutub.
Şəxsi nəticələr isə belə olub:
Gimnastik hərəkətlər üzrə
1-ci yer Elmir Əmirzadə (MMQ)
2-ci yer Fuad Əliyev (BRM)
3-cü yer Asif Nuriyev (DYMX)
Maneələr zolağının dəf edilməsi üzrə
1-ci yer Məmmədnəbi Alqayev (BRM)
2-ci yer Abdurəfili Kənan (FHN Akademiya))
3-cü yer Alxas Məmmədli (MMQ)
Üzgüçülük üzrə
1-ci yer Orxan Motuxov (DYMX)
2-ci yer Emil Britvin (MMQ)
3-cü yer Orxan Mansurov (İSK)
Atıcılıq
1-ci yer Cavid Hüseynli (BRM)
2-ci yer Mirzə Hüseynzadə (KHGNSXDX)
3-cü yer Alxas Məmmədli (MMQ)
Dağa dırmanma üzrə
1-ci yer Məmmədnəbi Alqayev (BRM)
2-ci yer Renad Qurbanov (MMQ)
3-cü yer Asif Nuriyev (DYMX)
Sonda qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, yarışlarda göstərdikləri səylərə görə Tibb Xdmətininn əməkdaşları fəxri fərmanla təltif olunublar.