AZ

“Səbail” Premyer Liqadan gedəcəyini qəbullanıb Arif Əsədov DANIŞDI

Sia Az saytına istinadən ain.az xəbər verir.

“Turla bağlı onu demək olar ki, hesab heç-heçə ilə bitdi”. Bunu SİA-ya açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarını şərh edib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, turun ilk matçı olan “Zirə” - “Turan Tovuz” (1:0) oyununda isə, qalibiyyət daha çox “Turan”a vacib olub: “Komanda “Araz-Naxçıvan”la arasında fərqi azaltmaq baxımından xal qazanmalı idi.“Turan Tovuz” xalsız qayıtdı, amma şans çox idi.

Son zamanlarda “Zirə” ən yaxşı olan komandalardan sayılır, ona görə qalibiyyət qazandı”.

Onun sözlərinə görə, “Şamaxı-Səbail” (1:1) oyununda Bakı təmsilçisi artıq Premyer Liqanı tərk etməyilə barışıb: “Son oyunlarda komanda rahat oynayır. İlk hissədə “Şamaxı” daha üstün idi, ikincidə “Səbail” yaxşı oynadı, hətta qələbə də qazana bilərdi. Nəticədə bir xal qazandı, amma bu xal kifayət etmədi ki, “Kəpəz”ə çatsın”.

Əsədov bildirib ki, “Qarabağ-“Sumqayıt” (2:0) oynunda “köhlən atlar” həm çempionluğu təmin edib, həm də digər komandalardan üstündür. Hal-hazırda “Qarabağ” kubokun finalını düşünür, heyəti də ona uyğun formalaşdırır və sonda layiqli qələbəni qazandı. “Araz-Naxçıvan” - “Sabah” (1:1) maraqlı oyunlardan biri turun mərkəzi görüşü idi. “Araz-Naxçıvan”a qələbə vacib idi ki, mövqeyini möhkəmləndirsin.

“Sabah” fikrini kuboka yönəldib, o baxımdan “Araz-Naxçıvan” xal itirsə də “Turan”ın məğlubiyyətini nəzərə alsaq, bir xal qazanmış kimi görünür”.

Onun sözlərinə görə, “Neftçi-Kəpəz” (2:2) oyunu da maraqlı oyunlardan biri idi: “Son zamanlar bu komandalar arasında gah “Kəpəz”, gah da “Neftçi” qələbə qazanır. Son kubok oyununda “Neftçi” “Kəpəz”i üstələmişdi. “Neftçi”nin həm çempionatlıqda, həm də kubokda iddiası qalmadığı üçün daha çox komandanı psixoloji vəziyyətdən yaxşılaşdırmaq üçün qələbə qazanmalı idi. Amma oyunun gedişatı heç də istədiyi kimi alınmadı. “Neftçi” məğlub da ola bilərdi. Son dəqiqələrdə penalti hesabı bərabərləşdirdi. “Kəpəz” isə bir xal qazanaraq, bir xal fərqi ilə “Səbail” ilə hesabı qoruyub saxlaya bildi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr