İran öz ərazisinə hücumlarda üçüncü ölkələrdən istifadə olunacağı təqdirdə, həmin dövlətləri qanuni hədəf hesab edəcək. Bu barədə RİA Novosti-yə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.
KONKRET.az xəbər verir ki, İran Müdafiə Nazirliyinin ABŞ və İsrailin mümkün hücumlarına qarşı sərt cavab verəcəyinə dair bəyanatını şərh edən Bəqayi deyib:
“İrana qarşı hücumların həyata keçirilməsi üçün hər hansı bir ölkənin ərazisindən istifadə olunarsa, bu hal beynəlxalq hüquq normalarına əsasən qanuni hədəf sayılacaq.”
Xatırladaq ki, İranın müdafiə naziri Əziz Nəsirzadə daha əvvəl Vaşinqton və ya Təl-Əvivin İslam Respublikasına qarşı hərbi əməliyyata qərar verməsi halında, ABŞ hərbi bazalarına və silahlı qüvvələrinə zərbələr endiriləcəyi ilə hədələyib.
Aynurə İsmayıl
KONKRET.az