Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Azərbaycan yeniyetmələrdən ibarət cüdo yığmasının İstanbulda keçirilən Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurması çox əlamətdar və qürurverici hadisədir”.
Bunu SİA-ya Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov deyib.
O, Azərbaycanın cüdo yığmasınən İstanbulda keçirilən Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurmasına münasibət bildirib.
Orucovun sözlərinə görə, bu nəticə bir neçə baxımdan xüsusi önəm daşıyır: “Əvvəla, bu, Azərbaycanın cüdo üzrə gənc nəsil idmançılarının hazırlıq səviyyəsinin və potensialının yüksək olduğunu göstərir. Beynəlxalq səviyyədə qazanılan bu cür uğurlar təkcə idmançıların fərdi zəhmətinin deyil, həm də məşqçi heyətinin, federasiyanın və ümumilikdə ölkədə cüdonun inkişafına yönəldilmiş strategiyanın effektivliyinin göstəricisidir. İkincisi, belə nəticələr gələcək üçün möhkəm zəmin yaradır. Yeniyetmə yaşında beynəlxalq turnirlərdə özünü sübut edən idmançılar yaxın illərdə böyüklər arasında da ölkəmizi layiqincə təmsil edə və daha böyük uğurlara imza ata bilərlər. Bu, cüdo tariximizdə yeni bir nəslin formalaşmasının və davamlılığın təmin olunmasının siqnalıdır”.
O vurğulayıb ki, bu cür nəticələr idmana olan marağı artırır, gənclər üçün motivasiya yaradır və cüdonun kütləviliyinin artmasına səbəb olur: “Bu, ölkəmizdə sağlam həyat tərzinin və idman mədəniyyətinin təbliği baxımından da mühüm rol oynayır. Yekun olaraq, bu nəticə Azərbaycan cüdosu üçün mühüm addımdır və gələcəkdə daha böyük uğurların başlanğıcı ola bilər”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.