AZ

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummillilideri Heydər Əliyevin 102-ci doğum gününə həsr olunmuş “HeydərƏliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfranskeçirilib. Paytaxt məktəbliləri arasında keçirilən və ənənəvi halalmış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi vəaparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslardaqalib seçilmiş məktəblilər və KİV nümayəndələri iştirakediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrundacanından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedildi.

Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənctədqiqatçıların məruzələri dinlənilib. Konfransda qeyd olunub ki,məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinəmarağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər ilminlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədəBakı şəhərinin 300-dən artıq məktəbi və 3500 nəfərdən artıq şagirdiöz referatları ilə iştirak edib. Referatların 80-nə yaxınıkomissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinindəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.

Bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin həyatakeçirdiyi siyasət nəticəsində Azərbaycan özünün zəngin və coxəsrliktarixi ərzində bu gün dünyada ən xöşbəxt günlərini yaşayır.

Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslardaşagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzəqədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev vəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycantarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər.Builki müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılanŞanlı Zəfərə, antirerror tədbirlərinə, Xankəndi, Xocalı, Ağdərə,Xocavənddə Azərbaycanın Dövlət Bayrağının ucaldılması və digərmövzulara da xüsusi yer verilib.

Seçilən
0
2
az.trend.az

7Mənbələr