AZ

Çexiya Ukraynaya verdiyi mərmilərin sayını açıqladı

2025-ci ilin əvvəlindən sursat tədarükü üzrə beynəlxalq təşəbbüs çərçivəsində Ukraynaya 500 min ədəd iriçaplı artilleriya mərmisi ötürülüb.

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala deyib.

"İlin əvvəlindən Ukraynaya yarım milyon iriçaplı sursat çatdırılıb", - Fiala Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra bildirib.

Baş nazir həmçinin bəyan edib ki, ölkə Ukrayna pilotlarına Çexiyanın L-159 təyyarələrində təlim keçmək niyyətindədir.

Seçilən
0
2
publika.az

3Mənbələr