Azertag saytına istinadən ain.az xəbər verir.
Xaçmaz, 5 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda keçirilən ”Sehrli rənglər” festivalında 200-ə yaxın şagirdin rəsm əsəri nümayiş etdirlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən festival Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunub.
Xaçmazdakı Zəfər Parkında festivala qatılan istedadlı şagirdlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair, “Konstitusiya və Suverenlik İli”, eləcə də digər maraqlı mövzularda rəsmlər çəkib, əl işləri hazırlayıblar.
Çəkilən rəsmlər, qədim əşyalardan ibarət guşə və aplikasiyalardan ibarət stendlər festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Festivalın bədii hissəsində şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib, eləcə də müxtəlif rəqs nömrələri nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçiriən festivalın ənənəvi keçirilməsi nəzərdə tutulur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.