AZ

Qarabağla Traktor Xankəndidə oynasın! Aqil Abbasdan TƏKLİF

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Təbrizin “Traktor” klubu mayın 2-də tarixi uğura imza atıb. İran liqasında “Şəms Azar” üzərində qazanılan 4:0 hesablı parlaq qələbə və “Sepahan”ın məğlubiyyəti ilə birlikdə komanda tarixində ilk dəfə ölkə çempionu olub. Hadisə sıradan idman nailiyyəti deyil, Güney Azərbaycanda yaşayan milyonlarla insanın qürur anına çevrilib.

Qələbədən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Traktor”la matç keçirməyə hazır olduğunu bildirib. “Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram... Biz də sevə-sevə oynamağa hazırıq”.

Azərbaycanlıların qürur somvolu olan iki komandanın dostluq matçında qarşılaşması mənəvi birliyin təntənəsi ola bilər.

Qurbanovun açıqlamasının ardınca daha bir diqqətçəkən təklif irəli sürülüb.  “Qarabağ” və “Traktor” arasında dostluq matçının Xankəndi stadionunda keçirilməsi təklif edilib.

Təklifi Modern.az-a açıqlamasında Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas səsləndirib.

O bildirib ki, “Traktor” klubu AFFA tərəfindən dəvət edilməlidir:

“Ağdam hələ hazır deyil, stadionu yoxdur. Ona görə Xankəndidə bu yoldaşlıq oyunu keçirilə bilər. “Qarabağ” klubu bir dəfə Xankəndidə kubok oyunu oynayıb və 6-7 min insan qarşılaşmanı izləyib. İndi də “Traktor” komandasını AFFA dəvət etməlidir. Bu yaxınlarda İran Prezidenti Azərbaycana gəlmişdi, yüksək səviyyədə qarşılandı. Yüksək səviyyədə müqavilələr, sənədlər imzalandı. Çox yaxşı olar ki, dəvət etsinlər “Traktor” gəlsin və təbii ki, Xankəndidə oyun olsun.  Rövnəq Abdullayevin vaxtında İspaniyanı Azərbaycan millisi ilə oynamağa dəvət etmişdilər. Belə yoldaşlıq görüşləri çox olur. İndi “Traktor” gələr, oyun olar, sevinərik. Daha sonra “Qarabağ”  Təbrizə gedər orada növbəti qarşılaşma olar. Buna da sevinərik”.

Deputat vurğulayıb ki, “Traktor”un gəlib Xankəndidə“Qarabağ”la qarşılaşması mühüm mənəvi əhəmiyyət kəsb edir:

“Xankəndi stadionu 15 min nəfərlikdir. Yəqin ki, yüz min nəfər yığışacaq stadiona oturmayacaqlar, ayaq üstündə baxacaqlar. Hazırda onsuz da Xankəndidə 10-12 min insan yaşayır. Əlbəttə, mən də belə bir qarşılaşmanı arzulayaram. “Traktor”u həmişə izləmişəm, “Qarabağ” da mənim komandamdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr