AZ

Moskva və Bakı Rus Evinin açılmasını müzakirə edir - Səfir

Rusiya və Azərbaycan Bakıda Rus Evinin fəaliyyətinin bərpası imkanlarını müzakirə edirlər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.

“Azərbaycan tərəfinin tələbi ilə Rus Evi fəaliyyətini dayandırıb. Amma mənə elə gəlir ki, biz bu məsələ ilə bağlı müsbət dialoqa başlamışıq. “Sputnik” agentliyinin işi ilə bağlı da müzakirələr aparılır. Moskva qarşılıqlı məqbul həll yolu tapacağını gözləyir”, - səfir bildirib.

Seçilən
0
2
axar.az

3Mənbələr