AZ

İran: Əgər İrana qarşı müharibə elan edilərsə, buna sərt cavab verəcəyik

İran dövlət televiziyasına danışan Nasirzadə ABŞ-ın müdafiə naziri Pit Heqsetin Yəməndə husilərə verdiyi dəstəyə görə İrana hərbi hücum təşkil etmək təhdidlərinə cavab verib.

Turkustan.az xəbər verir ki, Yəməndəki husilərin müstəqil olduqlarını və öz qərarlarını verdiyini müdafiə edən Nəsirzadə: "Bu məsələnin İranla heç bir əlaqəsi yoxdur. ABŞ-a bölgədə böhran yaratmağa çalışmamağı tövsiyə edirik, çünki Qırmızı dənizdə Amerika təyyarəsinin vurulmasına görə İran məsuliyyət daşımır" deyib.

İranın müharibəyə başlamadığını və başlamayacağını deyən Nəsirzadə: "İrana hücum edilərsə və ya müharibə elan edilərsə, biz sərt cavab verəcəyik. Əgər bu müharibə ABŞ və ya sionist rejimdən (İsrail) qaynaqlanırsa, İran onların maraqlarına, bazalarına və qüvvələrinə hücum edəcək"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
1
turkustan.az

2Mənbələr