AZ

Tayvanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb

Tayvanın şərq sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə “China Times” qəzeti Mərkəzi Meteorologiya İdarəsinə istinadən məlumat yayıb .

“Mərkəzi Meteorologiya İdarəsinin zəlzələ hesabatında bildirilir ki, Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ bu gün saat 18:53-də baş verib”, - nəşrdə deyilir.

Zəlzələnin dərinliyinin 6,6 km olduğu dəqiqləşdirilir. Zəlzələnin episentri Tayvanın şərqində yerləşən Hualien qraflığından 33,7 km cənub-şərqdə yerləşib.

Seçilən
0
aznews.az

1Mənbələr