AZ

Sumqayıtda dələduzluq edən şirkət rəhbəri həbs edildi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited" şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Mansurov 5 il azadlıqdan məhrum edilib.

İttihama görə, filial rəhbəri iki nəfərə qarşı dələduzluqda təqsirləndirilir. A.Mansurov Sumqayıt şəhərində yaşayış binası tikməyə icazə almaq adı ilə bir sahibkardan 400 min manat, Ali Məhkəmədə mülki məhkəmə işini onun xeyrinə həll edəcəyinə söz verərək Mehti adlı şəxsdən isə 170 min manat almaqda günahlandırılır. O, iki nəfərdən ümumilikdə 570 min manat alaraq dələduzluq etməkdə ittiham olunur.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
icma.az

1Mənbələr