AZ

Azarkeş cibindəki son pulla Ali Koça üsyan etdi

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Süper Liqanın 34-cü turunda "Fənərbaxça" evdə əzəli rəqibi "Beşiktaş"a 0:1 hesabı ilə məğlub olaraq çempionluq yarışında ağır zərbə alıb. 

“Cebheinfo.az” xəbər verir ki, uğursuz nəticə Kadıköy tribunalarında və stadion ətrafında ciddi narazılıqla qarşılanıb. 

Matç zamanı və sonrasında "İstefa!" şüarları ilə klub rəhbərliyinə, xüsusilə prezident Ali Koça qarşı kəskin etirazlar səsləndirilib. Qarşılaşmadan sonra bir "Fənərbaxça" azarkeşi yaşadığı emosional anları göz yaşları içində bölüşüb. 

"Cibimdə qalan son pulla bu oyuna gəldim!",- deyən azarkeş Ali Koça üsyan edib. Onun bu sözləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq viral olub. 

Hadisə sosial mediada müzakirələrə səbəb olub, azarkeşlər klubun idarəçiliyindən narazılıqlarını dilə gətiriblər.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr