AZ

Anım tədbirində Niderland və Polşa baş nazirlərinin üzərinə tüstü şaşkası atılıb

Polşa Baş naziri Donald Tuskun Niderlandın Vageninqen şəhərində çıxışı zamanı səhnəyə tüstü şaşkası atılıb.

"Report"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tusk Niderlandın alman-faşist qoşunlarından azad edilməsinin ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə səhnədə çıxış edirdi.

Tuskun çıxışı zamanı naməlum şəxs səhnəyə tüstü şaşkası atıb, ondan qatı qırmızı tüstü çıxıb.

Mühafizə xidməti dərhal Tusku hadisə yerindən uzaqlaşdırıb. Tüstü şaşkasını kimin atdığı və onun saxlanılıb-saxlanılmadığı barədə hələlik məlumat verilmir.

Sonradan Tusk jurnalistlərə hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

"Polşa media məkanını sakitləşdirmək istəyirəm. Heç bir pis hadisə baş vermədi. Kimsə tüstü şaşkası atdı, ehtimal ki, bu, Qəzza və Fələstin məsələsi ilə bağlı etiraz edən biri idi. Biz Polşada da belə emosiyaları tanıyırıq, insanlarımızın da müxtəlif emosiyaları və müxtəlif baxışları var", - deyə o bildirib.

Seçilən
0
2
report.az

3Mənbələr