AZ

İstehsal və xidmət sahəsində çalışanlara sadə prosedurlu maliyyə dəstəyi

BOKT “AZKREDİT” ASC biznes fəaliyyəti ilə məşğul olan və ya stabil əmək haqqı gəliri olan şəxslərə sadə şərtlər və minimal sənədləşmə ilə nağd pul kreditləri təklif edir.

Finss.az xəbər verir ki, ticarət, xidmət, istehsal və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şəxslərlə yanaşı, ailə kreditlərinə də müraciət mümkündür. Kredit məbləği 600 manatdan başlayaraq 30 000 manata qədər dəyişir, müddət isə 3 aydan 48 ayadəkdir. İllik faiz dərəcəsi 16%-dən 33%-dək müəyyən olunub, komissiya haqqı isə 0%-dən 2.8%-dək təşkil edir. Effektiv illik faiz dərəcəsi (FİFD) 17.90%-dən 38.68%-dək dəyişə bilər. Güzəşt müddəti 12 aya qədərdir.

Kreditə müraciət edən və zaminlər üçün "borc öhdəliklərinin olmaması barədə" arayışın verilməsi üzrə 20 AZN xidmət haqqı nəzərdə tutulur. Kreditlər yalnız Azərbaycan vətəndaşlarına təqdim olunur və öhdəliyin son tarixində müraciətçinin yaşı maksimum 65 olmalıdır.

Bu məhsul həm kiçik sahibkarlar, həm də maaşlı işçilər üçün çevik maliyyə dəstəyi imkanı yaradır.

Ətraflı məlumat üçün keçid: //www.azcredit.az/#services

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr