AZ

Bu ay 3 hərrac keçirələcək

BAKI, 5 may. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 13, 20 və 27-də keçiriləcək hərraclara ümumilikdə 192 nəqliyyat vasitəsi və texnika çıxarılıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, 13 may tarixində keçiriləcək hərraca 68 nəqliyyat vasitəsi çıxarılacaq. Bu avtomobillərin buraxılış illəri 1978-2013-cü illəri əhatə edir. 20 may tarixində isə 55 nəqliyyat vasitəsi satışa təqdim olunacaq və bu avtomobillərin buraxılış illəri 1997-2014-cü illər arasındadır. Nəhayət, 27 may tarixində keçiriləcək hərraca 67 nəqliyyat vasitəsi və 2 texnika çıxarılacaq. Bu avtomobillərin buraxılış illəri 1987-2012-ci illəri əhatə edir.

27 may tarixindəki hərraca çıxarılacaq texnikalar arasında toxum səpən “TS-24” və toxum təmizləyən “AGTR-1” markalı texnikalar da yer alır. Bu texnikaların istehsal tarixi 2011-ci ildir və onlar lot şəklində satışa təqdim ediləcək. Lotun ilkin satış qiyməti isə 4.150 manatdır.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə buradan tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyən şəxslər www.emlak.gov.azwww.auksion.gov.az internet saytları vasitəsilə hərraca çıxarılan əmlakları seçə bilərlər.

Seçilən
0
teleqraf.com

1Mənbələr