AZ

Tarixi yanlışlıq: Əbu Müslüm məscidi harada və nə zaman inşa edilib?

Xəbər verdiyimiz kimi, Quba rayonunun Qrız kəndində yerləşən Əbu Müslüm məscidi baxımsızlıq ucbatından dağılıb.

Aznews.az istinadən xəbər verir ki, Bakıvaxtı.az-ın araşdırmasına görə, adıçəkilən məscidin yerləşdiyi ərazi və tarixi haqqında məlumatlar dövlət reyestrində yanlış göstərilib.

Elnur Nəciyev, tarixçi alim

Bunu tarixçi alim Elnur Nəciyev də saytımıza təsdiqləyib. Onun sözlərinə görə, məscid VIII əsrdə inşa edilsə də, reyestrdə XIX əsr kimi qeyd olunub:

“Əbu Müslüm məscidi (4664 inventar nömrəli) Qubanın Qrız kəndində yerləşir, amma reyestrdə Qıpıt kəndi göstərilir. Qubada “Qıpıt” adlı kənd yoxdur. Qrızı yerli əhali “Qrits” adlandırır. Diqqət etsəniz, görəcəksiniz ki, Baba dilim baba türbəsinin (4663 inventar nömrəli) yerləşdiyi ünvan da səhv göstərilib, “Haput kəndi” əvəzinə “Qıpıt kəndi” yazılıb”.

Seçilən
0
1
aznews.az

2Mənbələr