AZ

Bakıda “Rus Evi” açılacaq?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiya və Azərbaycan Bakıda “Rus Evi”nin fəaliyyətinin bərpa edilməsi imkanlarını müzakirə edirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “LIVETVAZ” yutub kanalına müsahibəsində deyib. 

“Azərbaycan tərəfinin tələbi ilə “Rus Evi” fəaliyyətini dayandırmışdı. Lakin düşünürəm ki, bu məsələ ilə bağlı aramızda müsbət dialoqumuz başlayıb. Bununla yanaşı, “Sputnik” agentliyinin işi ilə bağlı da müzakirələr aparılır”, - deyə rusiyalı səfir qeyd edib. 

Onun sözlərinə görə, Moskva qarşılıqlı məqbul həll yolunun tapılmasına ümid edir. 

Xatırladaq ki, Bakıdakı “Rus Evi” cari ilin fevralında fəaliyyətini dayandırıb. Belə ki, həmin dövrdə  “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verilib. Bunun ardınca, rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

seeBu mövzuda digər xəbərlər:

İranda Rus Evi açılacaq

26 Fevral 2025 17:49

Bakıda Rus evi nin binası boşaldılır

12 Fevral 2025 15:50

Bakıda “Rus Evi” yenidən açılır? Moskvadan reaksiya

07 Aprel 2025 14:15

Peskovdan Bakıda qapanan “Rus Evi” ilə bağlı açıqlama

07 Fevral 2025 14:46

Rusiyalı politoloq Bakıda Rus Evi nin bağlanmasından danışdı

16 Fevral 2025 22:02

Seçilən
0
7
icma.az

9Mənbələr