AZ

Diplomatların maaşına dair təkliflər hazırlanacaq

Diplomatik xidmət əməkdaşlarının vəzifə maaşının yeni məbləği ilə əlaqədar təkliflər hazırlanacaq.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.


Telegram kanalımız
Seçilən
0
11
yenisabah.az

10Mənbələr