Sabah keçiriləcək "İnter" - "Barselona" matçının hakimi məlum olub.

Offsideplus.az xəbər verir ki, bu görüşü polşalı Şimon Marçinyak idarə edəcək. Təcrübəli referi daha öncə 2022-ci il Dünya Çempionatının finalında və 2023-cü il Çempionlar Liqasının finalında da əsas söz sahibi olub.

Əlavə edək ki, bu komandalar arasındakı ilk matç 3:3 hesabı ilə başa çatıb. Sabahkı görüşdə üstün olan tərəf Çempionlar Liqasında finala yüksələcək.